Muğlada pansion həyətində dincələn ailəyə hücum olub.
Türkiyənin ən turistik bölgəsi olan Muğladakı pansionatalardan birində silahlı insident baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verilən məlumata görə, maskalı şəxs Datçada pansionatlardan birinə hücum edib.
Naməlum şəxs müəssisəsinin baxçasında ailəsi ilə birlikdə istirahət edən direktorun ailəsinə atəş açıb. Nadisə nəticəsində 1 nəfər ölüb, iki nəfər isə yaralanıb. Hadisə bu gecə saat 01 radələrində qeydə alınıb.
Silahlı insident nəticəsində direktorun kürəkəni Hasan Yiğit hadisə yerində ölüb.
Hadisə yerində işləyən polis qaçan basqınçının kimliyini müəyyən etmək üçün işə başlayıb.
Qətlə yetirilən şəxsin bir illik evli olduğu və turistik bölgədə restoranı olduğu bildirilir.
Hadisənin son zamanlar Türkiyədə geniş yayılan terror hücumu və ya məişət zəminində baş verdiyi dəqiqləşdirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !