Türkiyədə “Kızılelma” pilotsuz döyüş təyyarəsinin testləri uğurla tamamlanıb

17:08 | 20.11.2022
Türkiyədə “Kızılelma” pilotsuz döyüş təyyarəsinin testləri uğurla tamamlanıb

Türkiyədə “Kızılelma” pilotsuz döyüş təyyarəsinin testləri uğurla tamamlanıb

Türkiyənin "Baykar” müdafiə sənayesi şirkətinin istehsal etdiyi "Kızılelma” pilotsuz döyüş təyyarəsi avtomatlaşdırma və uçuş testini uğurla başa vurub.

Bu barədə yerli bürosuna "Baykar" şirkətinin mətbuatla əlaqələr şöbəsinin müdiri İlker Akgüngör məlumat verib.

Türkiyənin milli, orijinal və ilk pilotsuz döyüş təyyarəsi olan "Kızılelma"nın müvafiq sınaqları yerli və xarici mütəxəssislər tərəfindən mərhələli şəkildə həyata keçirilib.

"Kızılelma”nın sürəti hazırda səs sürətinə yaxındır. Sonrakı dövrdə onun sürəti supersonik səviyyəyə qaldırılacaq. Bu uçuş aparatı 1,5 tona yaxın faydalı yük qaldıra bilir, hava-hava, hava-yer tipli və digər raketlər daşımaq qabiliyyətinə malikdir.

Radardan yayına bilmək üçün vacib olan şeylər içəridə yerləşdirilir. Radardan yayınmağa ehtiyac olmadıq­da lazımi yüklər qanadın altında yerləşdirlə bilər.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb