Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) koalisiya hökumətinin yaradılması ilə bağlı razılığa gəlməyib.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters agentliyi CHP-yə istinadən məlumat yayıb.
"Danışıqlar heç bir nəticə verməyib”, - agentliyə müxalifətdə olan mənbə deyib.
İlkin ehtimala görə, görüşdə iki partiyanın koalisiya hökuməti qurması ilə bağlı müsbət nəticə əldə edilməyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !