Türkiyənin Zonquldak vilayətinin Ereğli bölgəsində mədəndə çökmə olub. Bu barədə Türkiyənin yerli mətbuat məlumat xidməti məlumat yayıb.
Bildirilir ki, əraziyə AFAD, təcili tibbi yardım, polis və xilasetmə qrupları göndərilib.
"TRT Haber”ə açıqlama verən Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib ki, mədəndə 280 nəfər olub, 4 nəfər dağıntılar altında qalıb.
"Xəsarət almayan bir nəfər xilas edilib, bir nəfər ağır yaralanıb. 2 nəfərin səsi eşidilir. 75 nəfərlik qrup ilə xilasetmə işi başlayıb”,- valisi bildirib.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !