Türkiyədə məhkəmə azərbaycanlı yutuber haqqında qərarını dəyişdi

23:48 | 19.07.2021
Türkiyənin İstanbul şəhərinin Bağcılar səmtində su satan uşaqla bağlı çəkdiyi video kəskin reaksiyalara səbəb olan azərbaycanlı yutuber Fariz Baxşəliyev haqqında məhkəmə çıxarılan saxlanılma qərarından sonra məhkəməyə gələrək, özünü müdafiə edib.

"Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, məhkəmə iclasına vəkili Hüseyn Dağla qatılan müttəhim 10 ildir Türkiyədə yaşadığını, sosial mediada videolar hazırlayaraq paylaşdığını dilə gətirib:

"Əvvəldən xəbərdar idilər və şikayətçi deyildilər. Salfetsatan uşaqlarla bağlı video çəkək, insanlar görüb kömək etsinlər deyə düşündük. Ancaq bunun üçün daha çox gözə xitab edən kimlərisə tapmaq istəyirdik.

O əsnada uşağın ailəsi məni tapdı. Uşaqlarının bir agentlikdə qeydiyyatda olduğunu və belə bir rol oynaya biləcəyini dedi. Buna görə uşaqla bir video çəkərək, yutubda yayımladım.
Bir anda çox sayda insan izlədi. Bir çox şərhlər yazıldı. Video qurama idi. Ancaq nə oldusa, rəsmilər araya girdi, hadisə bu səviyyəyə gəldi. Bunun qurama olduğunu açıqlamışdım. Qətiyyən kimisə alçaltmaq məqsədim olmayıb. İttihamı qəbul etmirəm”.
Vəkil Hüseyn Dağ da videonun məqsədinin xalqın müəyyən kəsimini alçaltmaq olmadığını söyləyib.

Məhkəmə müttəhim haqqında daha əvvəl çıxarılmış saxlanılma əmrinin ləğvi barədə qərar çıxarıb və prosesi ertələyib.
Qeyd edək ki, sözügedən videonun qurama olduğu müəyyənləşdirilən yutuberin "xalqı kin və düşmənliyə təhrik və ya alçaltma”ğa görə 1,5 il həbsi tələb edilmişdi.

Məhkəmə cəlbindən yayındığı üçün izahatı alınmayan Fariz haqqında həbs qərarı çıxarılmışdı.
xatırladaq ki, sözügedən videoda salfet və su satan səkkiz yaşlı uşağın yanına gələn yutuber Fariz Baxşəliyev ac olduğunu bildirərək, uşaqdan kömək istəyib.

Videonun yayılmasından sonra hərəkətə keçən İstanbul Təhlükəsizlik Müdirliyi Uşaq Şöbəsinin axtarışları nəticəsində videonun uydurma olduğu üzə çıxıb. Bakırköy Baş Prokurorluğu azyaşlı uşağı istifadə edərək videoya çəkən və sosial media hesabında paylaşan Fariz Bəxşəliyev haqqında istintaq başladıb.
Azyaşlı uşağın anası isə bildirib ki, Fariz onun böyük oğlunun dostu olub və kiçik oğlunu da əyləncəli bir videoya çəkəcəyini bildirərək onları aldadıb.

Məlumat üçün əlavə edək ki, Farizin yutubda 600 minə yaxın izləyicisi var. Sözügedən video bu ilin yanvarında çəkilib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM