Türkiyədə mindən çox insan həbs edildi

12:46 | 28.07.2015
Türkiyədə mindən çox insan həbs edildi

Türkiyədə mindən çox insan həbs edildi

Onların arasında xarici vətəndaşlar da var.

Türkiyə höküməti iyulun 24-də ölkədə keçirilən irimiqyaslı antiterror əməliyyatı barədə hesabat verib. 

Oxu.Az Reuters-ə istinadən xəbər verir, baş nazir Əhməd Davudoğlu ölkədə keçirilən antiterror əməliyyatı nəticəsində 1050 nəfərin həbs edildiyini bildirib. 

Həbs edilənlər arasında 50-60 nəfər xarici vətəndaşın olduğu bildirilir.

Minlərlə  polisin cəlb edildiyi reydlər ölkənin 13 vilayətində aparılıb.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM