Türkiyədə müalicə alan qazimiz vəfat etdi

14:34 | 29.07.2021
Türkiyədə müalicə alan qazimiz vəfat etdi

Türkiyədə müalicə alan qazimiz vəfat etdi

Türkiyədə müalicə alan qazimiz vəfat edib.


Vətən müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Həzər oğlu bu gün səhər saatlarında müalicə aldığı Ankaranın Hacettepə xəstəxanasında dünyasını dəyişib.


Qeyd edək ki, o Bakıda "German” hospitalda əməliyyat olunmuşdu. Həkim səhlənkarlığı ucbatından yarasına infeksiya düşüb və vəziyyəti kəskin pisləşərək, Ankaraya aparılmışdı.


Baş leytenant Prezident İlham Əliyev sərəncamı ilə "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif olunub.(bakupost)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb