Demirtaşın bombardımanın hədəfindən uzaq mağaralardan birində müalicə olunduğu bildirilir.
Türkiyədə siyasi partiyalardan birinin sədrinin qardaşı Türkiyə Hərbi Hava Donanmasının həyata keçirdiyi bombardıman zamanı yaralanıb. ANS PRESS-in məlumatına görə yaralanan, separatçı kürdlərin partiyası, PKK terror təşkilatının siyasi cinahı hesab olunan Xalqın Demokratiya Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşın Qardaşı Nürəddin Demirtaşdır.
Bildirilir ki, PKK terrorçularının yerləşdiyi Kandil dağı 2 gün əvvəl Türkiyə hərbi hava donanmasına aid qırıcılarla ağır bombardımana məruz qalıb. Bombardıman zamanı PKK-nın administrasiyasından xəsarət alanlar olub. İddialara görə, bu vaxt Səlahəddin Demirtaşın, "Ərbildə ticarətlə məşğuldur” – dediyi böyük qardaşı Nürəddin Demirtaş da ağır yaralanıb.
Bu məlumat mətbuata terrorçuların öz aralarında apardığı radiostansiya danışıqlarından sızıb.
Nürəddin Demirtaşın bombardımanın hədəfindən uzaq qalmış mağaralardan birində müalicə olunduğu bildirilir.
Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçiriblər.
Bundan sonra Türkiyə hökuməti PKK silahlılarına son xəbərdarlıq etmişdi.
Xəbərdarlıqdan sonra Türkiyə Hərbi Hava Donanması iyulun 25-də PKK silahlılarına havadan zərbələr endirmişdi.
Həmin gün səhərə yaxın isə Türkiyə Silahlı Qüvvələri quru hərəkatı edərək qaubisa topları ilə PKK hədəflərinə zərbələr endirmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !