Türkiyədə peyvəndlənmədən sonra hansı reaksiyalar olub?

23:44 | 15.01.2021
Türkiyədə peyvəndlənmədən sonra hansı reaksiyalar olub?

Türkiyədə peyvəndlənmədən sonra hansı reaksiyalar olub?

"Cəmiyyətin etibar etdiyi insanlar peyvəndlə bağlı xoş fikirlər söylədikdə, cəmiyyətin də buna baxış bucağı dəyişir. Deyə bilərəm ki, artıq peyvəndolma nisbəti artır”.

Anews.az xəbər verir ki, bunu Ankara Şəhər Xəstəxanasının baş həkimi Əziz Əhməd Sürəl  deyib.

 Həkim qeyd edib ki, indiyə qədər peyvənd olunanlarda ciddi bir reaksiya ilə qarşılaşmayıblar:

"Hər sahəyə cavabdeh və 10 tibb  bacısı ilə birlikdə çalışacaq həkimlərimiz var. Baş verəcək hər hansı bir müdaxiləyə hazırıq, amma bu günə qədər ciddi bir reaksiya ilə qarşılaşmamışıq. "Çiynim ağrıyır.", "Təzyiqim düşdü " kimi reaksiyalarla qarşılaşırıq. Bunun da 8 min nəfərdən bir-ikisində olması normaldır. Lakin müdaxilə tələb edəcək qədər ciddi bir reaksiya olmayıb. Çünki klassik üsulla hazırlanmış ölü bir virus peyvəndi olduğundan ağır nəticələr gözləmirik. Buna baxmayaraq, hər bir ehtimala hazır olmaq üçün lazımi tədbiri görmüşük. Onlar ehtiyat tədbirlər olaraq arxa planda saxlanılır, inşallah prosesin sonuna qədər də belə davam edər", - deyə Əziz Əhməd Sürəl  əlavə edib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb