• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Türkiyədə polis helikopteri qəzaya uğrayıb,ölənlər var

Türkiyədə polis helikopteri qəzaya uğrayıb,ölənlər  var
04.02.2024 10:22

Türkiyədə polis təşkilatına məxsus helikopter qəzaya uğrayıb.

Bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya ös sosial media hesablarından məlumat yayıb.

O bildirib ki, helikopterdəki iki pilot polis şəhid olub:
"Bu gün (3 fevral) axşam saatlarında Hatay Hava Limanından Qaziantep Hava Limanına getmək üçün havaya qalxan Təhlükəsizlik Aviasiya Baş İdarəsi inventarında qeydiyyatdan keçmiş EM 708 seriyalı helikopterimiz Qaziantepin Nurdağı rayonunun Kartal Köyü ərazisində qəzaya uğrayıb.

Vahid Hava Hərəkatları Mərkəzi tərəfindən sonuncu dəfə saat 22:49-da (Bakı vaxtı ilə 23:49) əlaqə saxlanılan helikopterimizdə olan 2 pilotumuz şəhid olub, texniki işçimiz isə yaralanıb.

Qəhrəman pilotlarımıza Allah rəhmət eləsin, ailələrinə, əziz xalqımıza və polis təşkilatımıza başsağlığı verirəm. Yaralı polis əməkdaşımıza şəfa diləyirəm”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Qazaxıstana səfər edəcək
Dünya 18:30
Paşinyan Qazaxıstana səfər edəcək
Filippində iki tayfun nəticəsində 300-ə yaxın adam ölüb
Dünya 17:00
Filippində iki tayfun nəticəsində 300-ə yaxın adam ölüb
Rusiyanın dron hücumu Ruminiyada bütün kəndin təxliyəsinə səbəb olub
Dünya 16:43
Rusiyanın dron hücumu Ruminiyada bütün kəndin təxliyəsinə səbəb olub
Rusiyanın keçmiş baş naziri terrorçular və ekstremistlər siyahısına daxil edilib
Dünya 16:29
Rusiyanın keçmiş baş naziri terrorçular və ekstremistlər siyahısına daxil edilib
Gürcüstan vətəndaşları xaricdə parlament seçkilərində səs verə bilməyəcəklər
Dünya 13:34
Gürcüstan vətəndaşları xaricdə parlament seçkilərində səs verə bilməyəcəklər
Finlandiyada Rusiya sərhəddi yaxınlığında artilleriya təlimləri başlayıb
Dünya 11:58
Finlandiyada Rusiya sərhəddi yaxınlığında artilleriya təlimləri başlayıb
İran quraqlıq səbəbindən buludların toxumlanmasına başlayıb
Dünya 07:16
İran quraqlıq səbəbindən buludların toxumlanmasına başlayıb
Böyük Britaniyada qanunsuz miqrantların daimi qalma qaydaları sərtləşdirilir
Dünya 23:48
Böyük Britaniyada qanunsuz miqrantların daimi qalma qaydaları sərtləşdirilir
Ceyms Vensin korteji qəzaya uğrayıb
Dünya 23:35
Ceyms Vensin korteji qəzaya uğrayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol