Türkiyənin Van vilayətində bir qrup PKK silahlısı Jandarma Komandanlığı və polis bölməsinə hücum edib.
APA-nın "Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, hücum yerli vaxtla 20.30 radələrində Jandarma Komandanlığını və 1 kilometr aralıda yerləşən polis idarəsini eyni vaxtda atəşə tutublar.
Məlumata əsasən, hücuma dərhal cavab verilib. İlkin məlumatlara görə, 2 PKK terrorçusu məhv edilib, 1-i yaralanıb. Qaranlıqdan istifadə edib qaçmağa müvəffəq olan digər terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyatlar davam edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !