Türkiyədə prezident seçkilərinin nəticələri açıqlanıb - Yenilənib 10

22:01 | 28.05.2023
Türkiyədə prezident seçkilərinin nəticələri açıqlanıb - Yenilənib 10

Türkiyədə prezident seçkilərinin nəticələri açıqlanıb - Yenilənib 10

 Türkiyədə seçki qutularının 99,02%-i açılıb.

Son məlumata görə:

Rəcəb Tayyib Ərdoğan: 52,08%,
Kamal Kılıçdaroğlu: 47,92%.
 
21:18
Türkiyədə seçki qutularının 98,06%-i açılıb.

Son məlumata görə:

Rəcəb Tayyib Ərdoğan: 52,12%,
Kamal Kılıçdaroğlu: 47,88%.
 
 20:57
Türkiyədə seçki qutularının 97,41%-i açılıb.

Son məlumata görə:

Rəcəb Tayyib Ərdoğan: 52,18%,
Kamal Kılıçdaroğlu: 47,82%.

20:33
Türkiyədə seçki qutularının 95,24% açıqlanıb.

Son nəticələrə görə:
Rəcəb Tayyib Ərdoğan: 52,34%
Kamal Kılıçdaroğlu: 47,66%


 
20:28
Türkiyədə seçki qutularının 94,11% açılıb.

Rəcəb Tayyib Ərdoğan: 52,43%
Kamal Kılıçdaroğlu: 47,57%

20:22
Türkiyədə seçki qutularının 92,96%-i açılıb.

Son məlumata görə:

Rəcəb Tayyib Ərdoğan: 52,50%,
Kamal Kılıçdaroğlu: 47,50%,
 
20:14
Türkiyədə seçki qutularının 89,91 faizi açılıb

Rəcəb Tayyib Ərdoğan: 52,72%
Kamal Kılıçdaroğlu: 47,28%20:00
20:00
Türkiyədə seçki qutularının 82,64%-i açılıb.

Son məlumata görə:
Rəcəb Tayyib Ərdoğan: 53,41%
Kamal Kılıçdaroğlu: 46,59%

19:40
 Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində səsvermə bülletenlərinin 55 faizi sayılıb.

Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55,80 faiz səslə öndədir.

"Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 44,20 faiz səs toplayıb.
19:13
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələrinə görə hazırda Rəcəb Tayyib Ərdoğan 60,07% səs toplayıb. Bu barədə "Yeni Şafak" xəbər verir.

"Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 39,3 faiz səs yığıb.

 Səsvermədə bülletenlərin 21,05%-i açıqlanıb.



 
18:15
Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.
 
Yerli vaxtla saat 17:00-da bütün seçki məntəqələrində səsvermə yekunlaşıb və məntəqələr bağlanıb.

Hazırda səslərin sayılmasına başlanılır.

İlkin nəticələrin bir qədər sonra açıqlanacağı gözlənilir.
 
Səsvermə yerli vaxtla səhər saat 08:00-da başlamışdı.
Mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.

Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar "Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM