Türkiyə Cümhuriyyəti Dövlət Dəmir yolları (TCDD) 4 nəfərlik vaqonlarda qadın və kişi sərnişinlərin bir səyahətə çıxmasını qadağan edib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, TCDD qalmaqala səbəb olacaq bir qadağanın təsdiqinə imza atıb.
Qadağaya görə, artıq vaqonlardakı kupelərdə qadın və kişilərin birlikdə səyahət etməsi mümkün olmayacaq. Hətta həyat yoldaşı ilə səyahətə çıxmaq istəyən kişiyə "xanımın olsa belə, bilet verə bilmərik” deyilib.
Vaqonlarda səyahət etmək istəyən qadınlara ayrı, kişilərə ayrı bölmələrdə bilet satılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !