Türkiyədə qəzetin baş redaktoru həbs edilib

12:15 | 10.10.2015
Türkiyədə qəzetin baş redaktoru həbs edilib

Türkiyədə qəzetin baş redaktoru həbs edilib

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə şübhəli bilinən qəzetin baş redaktoru həbs edilib.
 
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, "Today's Zaman” qəzetinin baş redaktoru Bülənt Keneş İstanbuldakı ofisində saxlanılıb.
 
Məlumata görə, həbsə səbəb onun "Twitter” səhifəsindəki yazıları olub.  Bülənt Keneş bütün ittihamları rədd edərək, heç kimi təhqir etmədiyini bildirib.
 
Qeyd edək ki, B.Keneş bu ilin iyununda analoji ittihama görə şərti olaraq 21 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM