• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Türkiyədə seçkiöncəsi SORĞU

Türkiyədə seçkiöncəsi SORĞU
27.11.2022 13:05
Bu ilin oktyabr ayında Türkiyənin böyük araşdırma kampaniyaları tərəfindən aparılan 14 seçki sorğusunun nəticəsi açıqlanıb.
 
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Əhali arasında aparılan sorğuda hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyasından ibarət "Cümhur İttifaqı"nın səs nisbəti 40 faiz, ana müxalifətdə təmsil olunan Cümhuriyyət Xalq Partiyası daxil olmaqla 6 partiyanın birləşdiyi "Millət İttifaqı"nın səs nisbəti 39,9 faiz olub.
 
Etnik kürtlərin partiyası HDP 10% səs toplayıb. 
 
Digər sorğunun nəticələrinə əsasən, Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi AK Partiya 32,6%, CHP isə 26,6% səslə ikinci yeri tutub. 
 
Türkiyə növbəti prezident seçkilərinə hazırlaşır. 2023-cü il iyunun 18-də baş tutacaq prezident seçkilərində iqtidar düşərgəsinin namizədi bəllidir. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dönəmdə də ölkəyə rəhbərlik etmək üçün seçki marafonuna qoşulacaq. 
 
Ərdoğan prezident seçkilərinə hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının birləşdiyi "Cümhur ittifaqı”nın vahid namizədi kimi qatılacaq. İqtidardan fərqli olaraq müxalifət cəbhəsi hələ də Ərdoğana qarşı dura biləcək namizədini müəyyən edə bilməyib, hazırda narazı elita arasında qeyri-müəyyən vəziyyət hökm sürür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Siyasət 14:56
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Siyasət 13:46
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol