Türkiyənin Adıyaman və Şanlıurfa şəhərlərində baş verən sel nəticəsində ölənlərin sayı 17-yə çatıb.
Bunu ölkənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar Şanlıurfada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 3 nəfər itkin düşüb.
Nazirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin selin fəsadlarının aradan qaldırılması istiqamətində mübarizəsi davam edir: "Pessimizmə ehtiyac yoxdur, yaralar sağalacaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !