Türkiyədə sərhədi pozmaq istəyən 4 FETÖ üzvü saxlanılıb

14:04 | 11.09.2023
Türkiyədə sərhədi pozmaq istəyən 4 FETÖ üzvü saxlanılıb

Türkiyədə sərhədi pozmaq istəyən 4 FETÖ üzvü saxlanılıb

Türkiyə Silahlı Qüvvələri Türkiyəyə qanunsuz yolla keçmək istəyən ümumilikdə 12 nəfəri saxlayıb. Onlardan 4-ü FETÖ terror təşkilatının üzvüdür.  Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
 
Bildirilir ki, qanunsuz birləşmələr Yunanıstana, Suriyadan isə Türkiyəyə keçmək istəyiblər. 

Saxlanılanlardan 5-i PKK/KCK/PYD-YPG, 1- i İŞİD üzvüdür.
 
2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilərək çevriliş etmək istəyib.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM