• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Türkiyədə sərtləşmə ilə bağlı yeni qərar elan olundu

Türkiyədə sərtləşmə ilə bağlı yeni qərar elan olundu
30.11.2020 23:04
Türkiyədə koronavirusa yoluxma sayının artması ilə əlaqədar olaraq yenidən qabaqlayıcı tədbirlər planı çərçivəsində yenidən bəzi qadağalar tətbiq olunacaq. 

Anews.az xəbər verir ki, bu barədə qərarı Türkiyə Nazirlər Kabinetinin iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Belə ki, Türkiyədə yeni qərara əsasən: 

Həftə içi hər gün saat 21:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan olunur. Cümə günü saat 21:00-dan bazar ertəsi 05:00-a qədər fasiləsiz olaraq küçəyə çıxmaq qadağan edilir.

Maska taxmaq, məsafə saxlamaq və digər sosial izolyasiya qaydalarına tam riayət olunmalıdır. 

Uşaq bağçaları və buna bənzər təhsil müəssisələrinin fəaliyyəti dayandırılacaq. 

İlkin olaraq gələn aydan etibarən tibb işçilərinə peyvəndlərin vurulmasına başlanılacaq.

Şənbə-bazar günləri evdən kənara çıxmaq olmaz. İstehsalat, təchizat, logistik, səhiyyə, kənd təsərrüfatı, meşə təsərrüfatı istisna olmaqla digər sahələr işləməyəcək. Market, qəssabxana və bu kimi xidmət sahələri fəaliyyət göstərəcək.

65 yaşdan yuxarı və 20 yaşdan kiçik şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.

Evlərdə şənlik və yas mərasimləri təşkil oluna bilməz. Hamam, sauna, idman salonları fəaliyyət göstərməyəcək.

Dövlət qurumlarının iş saatları 10:00-16:00 arası müəyyən olunacaq.
Yas mərasimlərində 30-dan çox insanın iştirakı qadağandır. 
Qələbəlik prospekt və küçələrə daxil olacaq insanların sayı məhdudlaşdırılacaq. 

Qərar sabahdan qüvvəyə minəcək

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol