Türkiyədə hüquq-mühafizə orqanlarının əməkdaşları həftəlik, siyasi-ictimai Nokta jurnalının iki redaktorunun hakimiyyətə qarşı silahlı mübarizəyə çağırışlarına görə həbs ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat nəşrin saytında verilir.
İstintaqın ittihamları üçün əsas ölkədə keçirilən seçkilərdən sonra buraxılan nəşrin növbəti nömrəsinin üz qabığı olub.
Burada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın portreti çap olunmuşdu. Portretin altında "Bazar ertəsi, 2 noyabr: Türkiyədə vətəndaş müharibəsinin başlanması” ifadəsi verilmişdi.
Jurnalın baş redaktoru Cövhər Güvən və xəbərlər redaktoru Murat Kapan həbs edilib. Onlar hakimiyyəti devirməkdə ittiham olunurlar.
Nəşrin son nömrəsinin bütün nüsxələri satışdan çıxarılıb, jurnalın saytı isə bağlanıb. Nokta jurnalı Türkiyə ərazisində qadağan edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !