Türkiyədə soyuqdəymə ilə bağlı xəstəxanaya müraciət edən şəxslər koronavirus testindən keçiriləcək.
"İhlas Haber Ajansı” (İHA) bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat verib.
Türkiyədə hazırda koronavirusa yoluxanlarla təmasda olanlar koronavirus testindən keçirilir. Virusun yayılma sürətinin azalması və görülən tədbirlərin təsiri ilə xəstəxanaya müraciətlər tədricən azalıb.
Səhiyyə Nazirliyinin nəzdində koronavirusla bağlı Elmi Komitə soyuqdəymənin də koronavirus əlamətləri arasında yer almasını və bu şikayətlə xəstəxanaya müraciət edənlərə COVID-19 testi tətbiq ediləcəyini bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !