Türkiyədə spirtli içki və silah gəzdirmək qadağan edildi

13:30 | 07.06.2015
Türkiyədə spirtli içki və silah gəzdirmək qadağan edildi

Türkiyədə spirtli içki və silah gəzdirmək qadağan edildi

Bu gün Türkiyə Cümhuriyyətində parlament seçkiləri keçirilir. ANS PRESS-in məlumatına görə, artıq 1 saatdır səsverməyə start verilib.

Ölkə daxilində 53 milyon 765 min 231 seçici yerli vaxtla saat 08.00-dən 17.00-yə (Bakı vaxtıyla 10.00 – 19.00) məntəqələrdə səs verəcəklər. 

Seçkilərlə əlaqədar Türkiyə ərazisində spirtli içkilərin satışı qadağan edilib. Ölkə daxilində bu gün saat 06.00-dan 00.00-dək spirtli işkilər satılmayacaq. İctimai yerlərdə alkoqollu içkilərin verilməsi və içilməsi də qadağandır. 

Əyləncə mərkəzləri səsvermə bitənə qədər bağlı olacaq, əyləncəli yeməkxanalarda müştəriyə sadəcə yemək satışı olacaq. 

Seçkilərlə bağlı daha bir qadağa silah gəzdirməkdir. Polis və asayişin keşikçilərinin xaricində bu gün heç kim silah gəzdirə bilməyəcək. 

Radio və hər cür KİV-lərdə axşam saat 18.00-ə qədər seçki və seçkinin nəticələrinə dair təxmin və şərh səslənidirilməyəcək. 

Seçkilərlə bağlı digər qadağalar saat 21.00-da başa çatacaq, lakin Ali Seçki Şurası (YSK) bu müddəti azalda və artıra bilər.

Saat 18.00 və 21.00 arasında sadəcə Ali Seçki Şurası (YSK) seçki barədə xəbər və şərh verə biləcək. 

Bütün yerli mətbu orqanlarda saat 21.00-dən sonra yayım yasağı başa çatsa da bu, YSK-nın verəcəyi qərar ilə 21.00-dən əvvəl də mümkün olacaq. 

Seçkidə 20 siyasi partiya iştirak edir: Anadolu Partiyası, Ədalət və İnkişaf Partiyası (AKP), Müstəqil Türkiyə Partiyası (BTP), Cümhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiya (DP), Demokratik Sol Partiya (DSP), Xalqın Qurtuluş Partiyası, Xalqın Demokratik Partiyası (HDP), Kommunist Partiyası, Milliyətçi Hərəkat Partiyası (MHP), Səadət Partiyası (SP), Vətən Partiyası, Haq və Özgürlüklər Partiyası, Mərkəz Partiyası, Liberal Demokrat Partiya (LDP), Doğru Yol Partiyası (DYP), Yurd Partiyası, Toplumsal Uzlaşma, Reform və İnkişaf Partiyası və Haq və Ədalət Partiyası. 

Türkiyə üzrə 165 müstəqil namizəd milət vəkili adı uğrunda yarışacaq. 
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti