Türkiyədə sutka ərzində COVID-19-dan 168 nəfər öldü

22:30 | 16.01.2021
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 168 nəfər ölüb. 

Anews.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 7 550 nəfər COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr  8 005, ağır xəstələr isə 2 265 nəfər olub. 

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları da müəyyən edilməyən 2 380 665 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 254 052 nəfər sağalıb, 23 832 nəfər isə ölüb

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM