Türkiyədə tanınmayan cənazələr dəfn ediləcək - AFAD

17:03 | 08.02.2023
Türkiyədə tanınmayan cənazələr dəfn ediləcək - AFAD

Türkiyədə tanınmayan cənazələr dəfn ediləcək - AFAD

Türkiyədə baş verən zəlzələdən sonra dağıntılardan çıxarılan cəsədlər 24 saatdan sonra dəfn ediləcək. "TRT Haber" xəbər verir ki,  bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
Məlumata görə, tanına bilməyən cənazələrin barmaq izi götürüldükdən və fotosu çəkildikdən sonra 24 saat ərzində dini qaydalara uyğun olaraq dəfn ediləcək.
 
Son məlumatlara görə, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 8574 nəfər, yaralıların sayı isə 49 133 nəfərə çatıb.
 
Təbii fəlakət nəticəsində 6444 bina dağılıb. 
 
Aytac
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM