• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə təqaüddə olan 103 admiralın bəyanatı etirazla qarşılanıb, prokurorluq araşdırmalara başlayıb

Türkiyədə təqaüddə olan 103 admiralın bəyanatı etirazla qarşılanıb, prokurorluq araşdırmalara başlayıb
04.04.2021 18:53
Türkiyə Silahlı qüvvələrinin təqaüddə olan 103 admiralının dünən gecə "Montrö Boğazları Sazişi” ilə əlaqədar yayınladığı bəyanata sərt reaksiya verilib, Türkiyə Baş Prokurorluğu bu bəyanatla əlaqədar araşdırma başladıb.
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay özünün "Twitter” səhifəsində bildirib ki, dövlət çevrilişinə cəhdi andıran bu cür bəyanatlara görə hər bir halda cavab veriləcək.
F. Oktay qeyd edib ki, millətimizin iradəsini və Rəcəb Tayyib Ərdoğanın prinsipial mövqeyini həzm edə bilməyən çevriliş həvəskarları demokratik qurumları, seçilənləri və Türk Silahlı Qüvvələrini tənzimləmək cəsarətinə gəliblər: "Həddinizi bilin”.
R.T.Ərdoanın sözüçüsü İbrahim Qalın "Twitter” səhifəsində  yazıb ki, bir qrup hərbçinin çevriliş cəhdləri çağırışları onları gülünc vəziyyətə salıb.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop isə vurğulayıb ki, düşüncələri ifadə etməklə dövlət çevrilişinə cəhd üçün çağırışlar başqa məsələlərdir.
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu özünün "Twitter” səhifəsindən paylaşdığı açıqlamada  bildirib ki, hərbi formanı daşımaq şərəf, təqaüddən sonra isə  bu şərəfi daşımaq daha böyük şərəfdir: "Demokratiyaya, dövlətə və millətə sadiq olan, geyim formasını siyasi material halına gətirməyənləri həmişə minnətdarlıqla xatırlayırıq”.
Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun isə 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdini xatırladaraq bildirib ki,  15 iyula 103 gün qalmış 103 hərbçinin belə bir mesaj verməsi təsadüf deyil: "Bu torpaqlarda son sözü sevgili millətimiz deyir. Bu millət 15 iyulda çevriliş həvəslilərinə necə dərs verdiyini dosta və düşmənə göstərdi”.
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu da məsələyə sərt reaksiya verib: "Heç kimin şübhəsi olmasın. Qəyyumluq müddəti bitdi! Biz buradayıq! Hodri meydan!”.
Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib ki, bəyanatda imzası olan admiralların rütbələri çıxarılmalıdır.
Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə İstanbul kanalı layihəsi reallaşarsa, 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanmış sazişin pozulması ilə bağlı fikirlər yer almaqdadır. Bu saziş Türkiyəyə Qara dənizlə sərhəd olmayan ölkələrin gəmilərinin İstanbul və Çanaqqala boğazı üzərindən keçməsinə nəzarət etmək  hüququ verir. Aralarında Türker Ertürk, Deniz Cora kimi Türkiyə ictimaiyyətində tanınmış keçmiş hərbi dəniz donanması komandirlərinin yer alan 103 istefada olan hərbçi yaydığı bəyanatda "Montrö sazişi”nin pozulması təhlükəsilə əlaqədar etiraz əksini tapıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol