Türkiyədə terrora qarşı əməliyyat keçirilib, 9 nəfər saxlanılıb

10:57 | 19.09.2023
Türkiyədə terrora qarşı əməliyyat keçirilib, 9 nəfər saxlanılıb

Türkiyədə terrora qarşı əməliyyat keçirilib, 9 nəfər saxlanılıb

Türkiyənin İzmir bölgəsində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyatda 9 nəfər saxlanılıb. Bu barədə Türkiyənin "Sabah" xəbər saytı məlumat verib.
 
Bildirilir k, İzmirlə yanaşı 4 şəhərdə qruplaşmanın gizli hərbi strukturuna qarşı əməliyyat keçirilib.

Məlumata görə, şübhəlilərdən 1-nin polkovnik, 1-nin kiçik zabit, 1-nin isə çavuş olduğu öyrənilib.

Sentyabrın 18-də Ankarada Fətullahçı Terror Təşkilatına qarşı əməliyyat çərçivəsində 8 nəfər yaxalanıb. Ankara mərkəzli 4 əyalətdə FETÖ terror təşkilatının gizli hərbi strukturuna qarşı əməliyyat keçirilib və 10 şübhəlidən 8-i saxlanılıb. 

2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilərək çevriliş etmək istəyib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb