Türkiyədə terrorçularla əməkdaşlıqda şübhəli bilinən 239 nəfər saxlanılıb

Türkiyənin 22 əyalətində keçirilən "Bozdoğan-39” adlı antiterror əməliyyatı nəticəsində 239 şübhəli saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də bildirib.
Məlumata görə, Türkiyənin Təhlükəsizlik Baş İdarəsi Terrora qarşı Mücadilə Şöbəsi və Kəşfiyyat İdarəsinin, habelə digər aidiyyəti qurumların Adana, Adıyaman, Ankara, Antalya, Bitlis, Denizli, Diyarbakır, Elazığ, Hakkari, Hatay, İstanbul, İzmir, Kütahya, Manisa, Mardin, Mersin, Osmaniye, Sivas, Şanlıurfa, Şırnak, Tekirdağ və Vanda keçirdikləri antoterror əməliyyatı nəticəsində 239 şübhəli saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər