Türkiyədə amfibiya təyyarə qəzaya uğrayıb-ÖLƏNLƏR VAR-FOTOLAR

16:34 | 14.08.2021
Türkiyədə amfibiya təyyarə qəzaya uğrayıb-ÖLƏNLƏR VAR-FOTOLAR

Türkiyədə amfibiya təyyarə qəzaya uğrayıb-ÖLƏNLƏR VAR-FOTOLAR

Türkiyənin Kahramanmaraş vilayətində baş verən meşə yanğınına müdaxilə edən Rusiyanın "Be-200" təyyarəsinin bütün ekipaj üzvləri həlak olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, Türkiyənin Rusiyada icarəyə götürdüyü "Be-200" təyyarəsi Adana şəhəri yaxınlığında enərkən qəzaya uğrayıb. Gəmidə səkkiz nəfər ekipaj üzvü olub: beş Rusiya hərbiçisi və yanğınların söndürmə mərkəzlərini göstərən üç Türkiyə nümayəndəsi.

Təyyarə Muğla vilayətində yanğınların söndürülməsinə cəlb olunmuşdu. Yanğının söndürülməsinə başlandıqdan sonra təyyarə ilə əlaqə kəsilib, layner su götürdükdən sonra istənilən hündürlüyü yığa bilməyib və qayalara çırpılıb.

Hadisənin səbəblərini öyrənmək üçün Müdafiə Nazirliyinin komissiyası, habelə Rusiya səfirliyinin əməkdaşları qəza yerinə yollanıb.
_______

Rusiyanın Ankaradakı səfirliyi "RİA Novosti"yə faktı təsdiqləyib.

Bildirilib ki, təyyarənin göyərtəsində 5 Rusiya hərbçisi, həmçinin 3 Türkiyə nümayəndəsi olub.
Rusiya Müdafiə Nazirliyinin hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün əraziyə komissiya göndəriləcəyi qeyd olunub.
 
______
Hadisə şəhərin Onikişubat rayonunda qeydə alınıb.

Təyyarənin göyərtəsində 8 nəfərin olduğu deyilir.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qəzanın dəqiq səbəbləri məlum deyil.
 



 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb