Qurban bayramından sonra Türkiyədə koronavirus infeksiyasına yoluxmaların sayı artıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca tvitterdə məlumat verib. O etiraf edib ki, yoluxma sayında ciddi artım müşahidə olunmaqdadır.
"İki gün arasında kifayət qədər ciddi fərq var. Bayram və tətildə yaranmış sıxlıqların ağır nəticələrə yol açmasının qarşısını almalıyıq. Hamımız bir-birimiz üçün məsuliyyət daşıyırıq. Tədbirlərdə birliyə ehtiyacımız var”, - nazir açıqlamasında qeyd edib.
Mütəxəssislərin sözlərinə görə, yoluxma halları əsasən kurort bölgələrində daha çoxdur. Elmi Komitə üzvü, professor Tevfik Özlü isə verdiyi proqnozda bildirib ki, yaxın günlərdə və həftələrdə yeni yoluxma hallarının sayında ciddi artım olması istisna deyil:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !