Türkiyədə zəlzələdə zərər çəkən xəstələr Azərbaycana gətirilə bilər

16:16 | 08.02.2023
Türkiyədə zəlzələdə zərər çəkən xəstələr Azərbaycana gətirilə bilər

Türkiyədə zəlzələdə zərər çəkən xəstələr Azərbaycana gətirilə bilər

Türkiyədə baş verən zəlzələdən sonra ehtiyac yarandığı halda zərər çəkmiş xəstələr Azərvaycana gətiriləcək. Bunu prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfiri ilə görüşündə deyib. 
 
"Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verilib. O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq", - Əliyev bildirib. 
 
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu fevralın 7-də mətbuata açıqlamasında bildirib ki, zəlzələ ilə bağlı Türkiyəyə ilk dəstək göstərən ölkə Azərbaycan olub.
 
Azərbaycandan Türkiyəyə Fövqəlada Hallar Nazirliyinin axtarış-xilasetmə axtarış qurupu cəlb olunub.
 
Bundan başqa fevralın 7-dən Türkiyəyə humanitar yardımlar göndərilib.
 
Baş verən zəlzələdən sonra dünyanın 45-dən çox ölkəsindən Türkiyəyə dəstək müraciətləri daxil olub.
 
Son məlumatlara görə, Türkiyədə zəlzələdə ölənlərin sayı  8574 nəfərə çatıb, 49 133 nəfər yaralanıb.
 
Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb