Türkiyədə zəlzələdən bölgəsindən 28 044 nəfər təxliyə olunub

12:58 | 09.02.2023
Türkiyədə zəlzələdən bölgəsindən 28 044 nəfər təxliyə olunub

Türkiyədə zəlzələdən bölgəsindən 28 044 nəfər təxliyə olunub

Türkiyədə zəlzələdən bölgəsindən 28 044 nəfər təxliyə olunub.  "Anadolu" agentliyi xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
Məlumata görə, saat 11:38-ə qədər zəlzələnin yaşandığı 10 vilayətdən ümumilikdə 28 044 nəfər digər bölgələrə evakuasiya olunub.
 
Fevralın 6-da  Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 bal gücündə zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
 
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 12 873 nəfər ölüb, 62 937 nəfər yaralanıb.
 
Aytac
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb