Türkiyənin Kilis bölgəsində məktəb binasında partlayan mərminin Suriyadakı İŞİD mövqelərindən atıldığı məlum olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin hərbi mənbələri məlumat verib.
Qeyd edək ki, son məlumatlara görə, hadisə zamanı 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Artıq Türkiyə ordusu İŞİD-in həmin mövqelərinə zərbələr endirib.
Bu gün səhər saatlarında Suriyadan atılan mərmi Kilis şəhərində məktəblərdən birinin həyətində partlamışdı. Hadisə zamanı məktəb işçisi ölüb, 1 məktəbli qız isə yaralanıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !