Türkiyənin Suruç ilçəsində baş verən və 32 nəfərin ölümünə səbəb olan terror hadisəsinin canlı bombasının kim olduğu öyrənilib.
ANN.Az türk mediasına istinadən xəbər verir ki, Şanlıurfada baş verən terror hadisəsi zamanı 32 nəfərdən başqa 104 nəfər yaralanıb. Terror hadisəsini törədənlərin Diyarbəkir hücumları ilə bağlantısı olduğu ortaya çıxıb.
"Cumhuriyyet.com.tr" xəbər verir ki, canlı bomba Adıyaman bölgəsinə rəsmi qeydiyyatda olan şəxsdir. Onun İŞİD-lə bağlantılarının olduğu deyilir.
Canlı bombanın kim olması rəsmi təsdiq edilməsə də, türk mətbuatı onun 20 yaşlı gənc olduğu yazır. Həmin şəxsin də meyiti ölənlər arasında tapılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !