Ankarada baş verən sel nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Anews.az "Habertürk”ə istinadən xəbər verir ki, onlardan 2-si boğularaq, 1-i isə daşqın zamanı həyəcandan ürəktutması keçirərək həyatını itirib. Bir neçə nəfər isə boğulmaqdan son anda xilas edilib. Aramsız yağışların səbəb olduğu sel nəticəsində çox sayda tikili suya qərq olub. Nəqliyyat vasitələri sıradan çıxıb. Fəsadların aradan qaldırılması üçün fəlakət baş verən rayona çox sayda xilasedici cəlb edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !