"Türkiyədən Azərbaycana quş ətinin idxalına qoyulan qadağa aradan qaldırıldı"

21:59 | 20.05.2015

"Türkiyədən Azərbaycana quş ətinin idxalına qoyulan qadağa aradan qaldırıldı"

Dövlət Baytarlıq Nəzarəti Xidməti məsələyə münasibət bildirib

Türkiyənin bəzi bölgələrindən quş əti və məhsulları idxalını dayandıran Azərbaycan artıq bu qadağanı aradan qaldırıb.

"APA-Economics”in verdiyi məlumata görə, bunu "Anadolu” agentliyinə İzmir Yumurta İstehsalçıları Birliyinin başçısı Bedri Girit bildirib.

"Artıq Azərbaycan tərəfinin qoyduğu qadağa aradan qaldırılıb”, - deyə o qeyd edib.

Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

"Türkiyənin quş qripi qeydə alınan 3 ərazisində, o cümlədən həmin ərazilərə yaxın bölgələr də daxil olmaqla 12 bölgəyə tətbiq olunan qadağalar qalır. Quş qripi qeydə alınmayan bölgələrdə Türkiyə Dövlət Baytarlıq Xidmətinin zəmanəti əsasında idxala icazə veririk. Qadağa tam karantin götürüləndən və 1 il ondan sonrakı müddəti əhatə edəcək”, - deyə Y. Xanvəli bildirib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM