Türkiyədən Dağlıq Qarabağda keçiriləcək “seçkilər”lə bağlı bəyənat

16:22 | 11.09.2015
Türkiyədən Dağlıq Qarabağda keçiriləcək “seçkilər”lə bağlı bəyənat

Türkiyədən Dağlıq Qarabağda keçiriləcək “seçkilər”lə bağlı bəyənat

"Dağlıq Qarabağ münaqişəsinin ədalətli və daimi həlli yönündə cəhdlərə dəstək verməyə davam edəcəyik”

Türkiyə Xarici İşlər Nazirliyi işğal altındakı Dağlıq Qarabağda separatçıların keçirməyə hazırlaşdığı "seçki”lərlə bağlı bəyanatla çıxış edib.
 
APA-nın Türkiyə XİN-in saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, 20 ildən çoxdur Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda sentyabrın 13-də keçiriləcək "yerli seçkilər” beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurası qətnamələrinin və ATƏT prinsiplərinin açıq şəkildə pozulmasıdır: "Bu və bənzər addımlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması cəhdlərinə zərər verir. Ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu "seçkiləri” qınayır. Qeyri-legitim saydığımız bu seçkilər və onun nəticələri Türkiyə tərəfindən tanınmayacaq. Minsk Qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və daimi həlli yönündə cəhdlərə dəstək verməyə davam edəcək”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM