Türkiyədən Əsədə gizli mesaj

16:15 | 25.07.2015
Türkiyədən Əsədə gizli mesaj

Türkiyədən Əsədə gizli mesaj

Türkiyə Suriyadakı İŞİD mövqelərinə hava hücumu təşkil etməzdən öncə rəsmi Dəməşqə məlumat verib.
 
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyət” qəzeti ordudakı mənbələrinə istinadən yazıb. Qəzetin əldə etdiyi məlumata görə, iki ölkə arasında vasitəçi rolunu ABŞ oynayıb.
 
Türkiyə Baş naziri Əhməd Davudoğlu isə ictimaiyyətə açıqlamasında rəsmi Dəməşqə yox, koalisiya qüvvələrinə məlumat verdiklərini bildirib.
 
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya sərhədindəki İŞİD mövqelərini bombalayıb. Nəticədə 35 terrorçu öldürülüb. Həmçinin türk xüsusi təyinatlılar Suriyanın Türkiyə ilə sərhəddəki kəndinə girib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM