Türkiyədən gözlənilən xoş xəbər gəldi

23:53 | 29.07.2021
Türkiyənin 9 rayonunda vüsət almış dəhşətli meşə yanğınlarının söndürülməsi işləri davam edərkən 4 rayondan sevindirici xəbərlər gəlib.

"Ölkə.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Adana şəhərinin Kozan rayonunda yanğınlar qismən, Kütahya, Kilis və Muğlanın Köyceğiz rayonunda  isə tamamən nəzarətə götürülüb. 
Hazırda 9 müxtəlif şəhərdə davam edən yanğınların söndürülməsi üzrə işlər davam etdirilir.

Qeyd edək ki, meşə yanğınlarının davam etdiyi ərazilərin bəzilərində alovlar yaşayış məntəqələrinə yetişib. Həmin ərazilərdə yaşayan sakinlər təhlükəsiz yerlərə evakuasiya edilib.
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM