Türkiyədən Naxçıvana ixrac azaldı - RƏSMİ

16:05 | 01.09.2015
Türkiyədən Naxçıvana ixrac azaldı - RƏSMİ

Türkiyədən Naxçıvana ixrac azaldı - RƏSMİ

İranla "Altılıq” ölkələri arasında əldə edilən razılıqdan sonra, müəssisələrimizin 63%-i bu ölkəyə ixracatın müsbət dinamika ilə inkişaf edəcəyini gözləyir. 

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiye İxracatçılar Məclisinin (TİM) rəhbəri Mehmet Büyükekşi bildirib. 

"Bizlər də ixracatçılarımızı daha fəal olmağa təşviq edirik”-deyə, M. Büyükekşi qeyd edib. 

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən ixracatçı birliklər 2015-ci il oktyabrın 5-8-də İrana səfər edəcəklər:

"Çünki İran 82 milyon nəfər əhalisi ilə böyük fürsətləri özündə birləşdirir”. 

"Bundan başqa, biz ixaracatı artırmaq məqsədilə, başqa bazarları, başqa fürsətləri də dəyərləndirəcəyik”-deyə, o bildirib. 

Qeyd edək ki, bu ilin avqust ayında Türkiyənin ixracatın həcmi keçən ilin anoloji dövrü ilə müqayisədə 4,9% azalmaqla, 10 milyard 482 milyon dolar olub. 

Onu da əlavə edək ki, bu ilin avqust ayında Türkiyədən Azərbaycana (Naxçıvan) 1 milyon 345 min 743 dollar dəyərində mal ixrac olunub. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 26,1% azdır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM