Türkiyə İŞİD və PKK terrorçularını sərhələrindən uzaqlaşdırmaq üçün adımlar atmağa davam edir.
ANS PRESS-in məlumatına görə, Türkiyə xarici İşlər nazirinin müşaviri Firudin Sinirlioğlu Suriyada "təhlükəsiz bölgə" yaradılması məsələsində Türkiyə və ABŞ-ın razılığa gəldiyini açıqlayıb.
Müşavir bildirib ki, İŞİD, PKK və Bəşər Əsəd rejiminin əsgərləri bu bölgəyə girərsə, Türkiyə və ABŞ tərəfindan dərhal vurulacaq.
Siniroğlunun bu açıqlamasına baxmayaraq, Birləşmiş Ştatlar "İŞİD"-dən təmizləndikdən sonra qaçqınlar üçün nəzərdə tutulan bu ərazini "təhlükəsiz bölgə” adlandırılmasından imtina edir.
Türkiyə "təhlükəsiz bölgə"nin yaradılması ilə bağlı inad etsə də ABŞ rəsmiləri belə bir razılıqdan uzaq olduqlarını bildirirlər. ABŞ dövlət departamentinin sözcüsü Mark Tonera bildirib ki, ABŞ-ın məqsədi yalnız İŞİD terror təşkilatını bölgədən çıxarmaqdır.
"Bizim razılığımıza görə, Türkiyə "təhlükəsiz bölgə" və "təhlükəsiz ərazi" anlayışlarından danışmamalıdır. Bizim razılaşmamıza əsasən İŞİD-i bölgədən çıxarmaq və Türkiyə ilə hava hücumlarını gücləndirməyimiz ətrafında olub”., deyə Tonera bildirib.
ABŞ rəsmisi bildirib ki, Türkiyənin PKK–ya qarşı özünü müdafiə haqqını dəstəkələyirik, amma bu İŞİD-lə mübarizədən fərqli bir məsələdir. Bizim Türkiyə ilə bu istiqamətdə heç bir razılaşmamız yoxdur və ancaq İŞİD–ə qarşı mübarizədə razılığa gəlməyə çalışırıq.
Xarici İşlər nazirinin müşaviri Firudin Sinirlioğlunun açıqlamasına görə, "təhlükəsiz bölgə" 98 km uzunluğunda və 45 km enində olacaq. Amma Sinirlioğlu Türk ordusunun əraziyə yerləşib-yerləsməyəcəyi haqqında heç bir söz deməsə də Bəşər Əsədlə döyüşən Azad Suriya Ordusunun əsgərlərinin təhlükəsiz bölgəyə daxil ola biləcəklərini deyib.
İyunun 20 də Türkiyənin Şanlıurfa vilayətinin Suruc rayonunda 32 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra qonşu ölkədə vəziyyət gərgin olaraq qalır.
Türkiyə hadisədən sonra terrorçulara müharibə elan edib. Hər iki təşkilatın İraq və Suriya ərazisində olan mövqeləri bombalanır. Daxildə isə keçirilən anti-terror əməliyyatlarında bu günə qədər iki mindən çox terrorçuluqda şüphəli bilinən şəxs həbs edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !