Türkiyəli idman jurnalisti Gürcan Bilgiç "Fənərbağça”nın Avropa Liqasındakı potensial rəqiblərini dəyərləndirərkən "Qarabağ”ı Ermənistan komandası kimi təqdim edib. Bu hal "A Spor” telekanalında yayımlanan "Son Sayfa” verilişində yaşanıb.
Bilgic çıxışı zamanı ""Qarabağ” Ermənistan komandası deyilmi?” söyləyib.
Bu hadisə sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb, idman jurnalistinin verilişə buraxılmaması tələb olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !