Türkiyə özünün topladığı təcrübəsi və biliklərini Qarabağın bərpası üçün bölüşəcək və bu istiqamətdə Azərbaycanla birlikdə işləyəcək.
"Report"” xəbər verir ki, bu barədə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Azərbaycana səfərinin gedişatında bildirib.
Karaismailoğlu Qarabağdakı qələbədə Türkiyə xalqının Azərbaycan xalqından az sevinmədiyini vurğulayıb.
"Türkiyə Respublikası özünün topladığı təcrübəsi və biliklərini Qarabağın bərpası üçün bölüşəcək, biz birlikdə işləyəcəyik. Bizim həmçinin Naxçıvanda layihələrimiz var. Qısa müddətdə əhəmiyyətli nəqliyyat-loqistika dəhlizlərini təhlil edəcəyik və nəticə əldə edəcəyik”, - Karaismailoğlu deyib.
Onun sözlərinə görə, həmçinin türk tranzit şirkətlərinin yollarda yaranan problemlərini müzakirə etmək planlaşdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !