Güclü qar yağması səbəbindən Türkiyənin 6 əyalətinin məktəblərində tətil elan edilib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, ölkənin Şırnak, Rize, Van, Kastamonu, Bolu və Siirt əyalətlərinin bir sıra rayonlarındakı məktəblər bir və iki günlüyə bağlanıb.
Hazırda texnika qarın bağladığı yolları təmizləyir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !