Türkiyənin Azərbaycana birbaşa investisiya qoyuluşu artıb

16:05 | 13.09.2023
Türkiyənin Azərbaycana birbaşa investisiya qoyuluşu artıb

Türkiyənin Azərbaycana birbaşa investisiya qoyuluşu artıb

2023-cü ilin birinci yarısında Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 575 milyon 685 min dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19.7% və ya 94 milyon 894 min dollar çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
 
Ötən ilin yanvar-iyununda Türkiyənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 480 milyon 791 min dollar təşkil edib.
 
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 9 114,9 milyon manat və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 % çox vəsait yönəldilib.

Azərbaycana birbaşa xarici investisiyaların həcminə görə, Türkiyə Böyük Britaniyadan( 896.4 milyon dollar) sonra ikinci yerdə qərarlaşıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM