"Parlament seçkinin nəticələrindən asılı olmayaraq, eyvan çıxışı edəcəyəm".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu seçki məntəqəsində səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib.
"Eyvan çıxışının əsasını prezidentimiz (Rəcəb Tayyib Ərdoğan- "Report") baş nazir olanda qoyub və çox gözəl ənənədir. Mən də nəticədən asılı olmayaraq, eyvan çıxışımla nəticələri xalqımızla paylaşacam. Əslində biz bunu iyunun 7-də etmişdik. İnşallah yenə edəcəyik", - deyə o, vurğulayıb.
Xatırladaq ki, seçkilərdən sonra AKP sədri eyvandan çıxış edərək, siyasi kamlpaniyanın nəticələri ilə bağlı açıqlamalar verir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !