Türkiyədə zəlzələdə ölənlərin sayı 50 399 nəfərə çatıb - YENİLƏNİB

10:35 | 05.04.2023
Türkiyədə zəlzələdə ölənlərin sayı 50 399 nəfərə çatıb - YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin sayı 50 399 nəfərə çatıb - YENİLƏNİB

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 50 min 399-a çatıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

*****
 
Türkiyədə zəlzələdə ölənlərin sayı 45 min 968 nəfərə çatıb.

 
Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

***** 
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 45 min nəfəri ötüb.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət 45 089 nəfərin ölümünə səbəb olub. Vurğulanıb ki, 6 fevral tarixində baş verən güclü zəlzələdən sonra indiyə qədər 11 020 afterşok qeydə alınıb. Eyni zamanda zəlzələ bölgəsindən 1 971 589 şəxs təxliyə edilib. 
 
****** 
 
Türkiyədə zəlzələ ölənlərin sayı 44 218 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.
 
*****
25 fevral

Türkiyədə baş verən zəlzələlərdə ölənlərin sayı 43 min 556 nəfərə çatıb.

Bu barədə TRT-yə daxili işlər naziri Süleyman Soylu məlumat verib.

***** 

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 min 156 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
 
19 fevral  

Türkiyədəki zəlzələdə ölənlərin sayı 40 689 nəfərə çatıb.
 
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer məlumat verib.
 
*****
 
18 fevral
 
Türkiyədəki zəlzələdə ölənlərin sayı 40 min 642 nəfərə çatıb. 
 
Bu barədə AFAD sədri Yunus Sezer açıqlama verib.
 
*****
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 39 min 672 nəfərə çatıb. Bu haqda Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

 (17fevral)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 044 nəfərə çatıb
 
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
***** 
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 36 187 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 108 068 nəfər yaralanıb.
 
12:26

Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418 nəfərə çatıb. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Yaralıların sayı isə 105 505-ə yüksəlib.

15:04

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
 
15:03
 
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 643 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
 
18:20
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 29 605 nəfərə çatıb.

09:24
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb. Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

16:13
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbakırda çıxışı zamanı məlumat verib.  

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 097 nəfər yaralanıb.

10:46
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb.

19:09
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 77 711 nəfər yaralanıb.
 
 
16:17
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 991 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 75 523 nəfər yaralanıb.

10:35
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb.
09:21
Türkiyədə zəlzələdə ölənlərin sayı 17 674-ə çatıb.

Təbii fəlakət zamanı 72 879 nəfərə çatıb. 
 
 00:51
 
Türkiyədə ölənlərin sayı 17 134 nəfərə çatıb.Yararıların sayı isə 70 347-ə yüksəlib.
 
17:59
 
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 16 170 nəfərə çatıb. 

Təbii fəlakət nəticəsində 64 194 nəfər yaralanıb
 
***** 
 
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 14 351 nəfərə çatıb.  
 
 
 *****
Zəlzələ nəticəsində 14 014 nəfər həlak olub.
 
Zəlzələ nəticəində 63 794 nəfər isə yaralanıb.
 
14:42 
 
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.


Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.
 
10:01 
 
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 62 914 nəfər yaralanıb

20:36

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb. Еəbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb. 

 15:01
Türkiyədə zəlzələdə ölənlərin sayı  8574 nəfərə çatıb, 49 133 nəfər yaralanıb
 
 12:37

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6957 nəfərə çatıb, 38 224 nəfər yaralanıb

 
10:49
 
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.

Zəlzələ nəticəsində 5 775 bina dağılıb.
 
10:03 
 
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb
 
20:54
Türkiyədə zəlzələ nəricəsində ölənlərin sayı 4 544 nəfər, yaralıların sayı 26 721 nəfərə çatıb
19:57
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 703-ə çatıb.

Təbii fəlakət nəticəsində 22 286 nəfər yaralanıb.

15:57
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a, yaralıların sayı isə 22 168 nəfər çatıb.
 
12:44
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 419-a çatıb. Təbii fəlakət nəticəsində 20 534 nəfər yaralanıb.
   
10:46
Türkiyədə 6 fevralda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb. Bu barədə Türkiyə mətbuatı xəbər verib. 
 
Hadisə nəticəsində 20 426 nəfər yaralanıb. Zəlzələ nəticəsində 5 775 bina dağılıb.
 
07:34 
Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.

Təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

21:41
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb.Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
 
Təbii fəlakət nəticəsində 3471 bina dağılıb

20:10
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə çatıb
 
19:03
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.

17:43 
Türkiyədə baş vermiş zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb.  "TRT Haber" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
Həmçinin bildirilib ki, 7634 nəfər isə yaralanıb.
 
 *****
 
Türkiyədə baş vermiş zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb. "TRT Haber" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
 **** 
Bu gün saat 13:25 radələrində Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkan olub. Bu barədə CNNTürk xəbər verir ki, təkan Türkiyənin bir çox bölgəsində hiss edilib. 
 


Yeraltı təkan 7.8 bal gücündə olub. 

 *****
Fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələdə 912 nəfər həyatını itirib, 5 min 385 vətəndaş yaralanıb. Bu barədə Türkiyə prezidenti Ərdoğan rəsmi tvitter hesabında paylaşıb.  
 
Son məlumatlara görə 2800-dən çox ev dağılıb. 
 
13:01
Türkiyədə zəlzələdə 284 nəfər həyatını itirib, 2323 nəfər yaralanıb, 1710 bina isə dağıılıb. Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay tviterdə yazıb.
 
"Kahramanmaraşda zəlzələ nəticəsində 200 nəfər yaralanıb. 70 nəfər həyatını itirib. 30 bina tamamilə dağılıb. Rəqəmlər arta bilər", - vitse-prezident  vurğulayıb.
 
Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, 7 bölgədə 76 nəfər həlak olub, daha 440 nəfər isə yaralanıb. Rəsmi Ankara beynəlxalq yardım üçün çağırış edib.
 
 ***** 
Bazar ertəsi Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə güclü zəlzələ nəticəsində azı 51 nəfər ölüb. 
 


Hazırda Diyarbəkirdə 6, Osmaniyedə 7, Şanlıurfada 15, Malatyada 23 nəfərin öldüyü məlum olub.

Yerli vaxtla saat 04:17-də (Moskva vaxtı ilə üst-üstə düşür) Kahramanmaraş vilayətinin Pazarcık bölgəsində 7,4 bal gücündə zəlzələ 7 km dərinlikdə baş verib. Yeraltı təkanlar daha sonra yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Urfada hiss olunub. Dağıntı eyni anda bir neçə vilayətdə - Adana, Qaziantep, Diyarbəkir, Kahramanmaraş, Malatya, Şanlıurfada qeydə alınıb.
 
09:13 
Fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ ölkənin 10 vilayətində hiss olunub. Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu barədə TRT telekanalının efirində bildirib.

Soylunun sözlərinə görə, əsas zərbə Kahramanmaraş şəhərinə dəyib. 7,7 bal gücündə zəlzələdən sonra ən azı 22 afterşok baş verib, onlardan altısı 6 baldan böyük olub.

"Zəlzələ Kahramanmaraş, Qaziantep, Xətai, Osmaniye, Adıyaman, Malatya, Diyarbəkir də daxil olmaqla 10 vilayətdə hiss olunub. Təəssüf ki, ölənlər var”, - Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.

Süleyman Soylu Türkiyənin bir neçə bölgəsində eyni anda baş verən güclü zəlzələlərə görə ölkənin ən yüksək həyacan səviyyəsini elan etdiyini də bildirib.

 07:00
Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyə mətbuatı xəbər verib. 


Yeraltı təkanların episentri Qaziantep şəhərindən 26 km aralıda (əhali təxminən 1,5 milyon nəfər) yerləşib. İlkin məlumata görə 17 nəfər həyatını itirib. 

Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM