Türkiyənin Düzcə şəhərində yenidən zəlzələ olub

21:30 | 27.11.2022
Türkiyənin Düzcə şəhərində yenidən zəlzələ olub

Türkiyənin Düzcə şəhərində yenidən zəlzələ olub

Noyabrın 23-də 5,9 bal gücündə zəlzələnin baş verdiyi Türkiyənin Düzce vilayətində bu gün səhər saatlarında yenidən silkələnmə olub.

Yeniavaz.com "Sözcü”yə istinadla xəbər verir ki, yerli vaxtla saat 06:57-də 4,6 bal gücündə zəlzələ baş verib.

Zəlzələ ətraf əyalətlərdə də qismən hiss olunub.

Kandilli Rəsədxanası zəlzələnin episentrinin Döngelli-Çilimli olduğunu açıqlayıb.

Türkiyənin Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması İdarəsi isə zəlzələnin maqnitudasının 4,3 olduğunu açıqlayıb.

Ətraf əyalətlərdə də hiss olunan zəlzələdə heç bir mənfi hadisə baş verməyib.

Noyabrın 23-də Düzce Gölyakada baş verən 5,9 bal gücündə zəlzələ Mərmərə, Qərbi Qara dəniz, Egey və İç Anadolu bölgələrində hiss olunmuş, 2 nəfər ölmüş, 93 nəfər yaralanmışdı.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb