Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) 3, Milliyyətçi Hərəkat və Cümhuriyyət Xalq partiyalarının hərəsindən 1 olmaqla Türkiyə Böyük Millət Məclisinə 5 millət vəkilinin seçildiyi Tokatda Fatma Gaye Güler adlı gənc qız Türkiyənin ən gənc qadın deputatı adını qazanıb.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Tokatın Niksar mahalında 1988-ci ilin oktyabr ayında doğulan Fatma Gaye Güler Qazi Universiteti Ünsiyyət Fakültəsi məzunudur. İstanbul Universitetinin tarix bölümündə təhsilini hələ də davam etdirən Gülər siyasi həyatına 2009-cu ildə başlayıb. 2012-2014-cü illər arasında AKP-nin İstanbul Gənclər təşkilatında vəzifə alan Gülər, müxtəlif vətəndaş cəmiyyət qurumlarının da üzvüdür.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !