26 noyabr 2020-ci il tarixdə Azərbaycan Baş Prokurorluğuna Türkiyə hüquq mühafizə orqanları tərəfindən İnterpol kanalları ilə beynəlxalq axtarışa elan olunmuş Yağmur Erbay Mustafa oğlunun 25 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmasına dair məlumat daxil olub.
1957-ci il tarixli "Ekstradisiya haqqında” Avropa konvensiyasının tələblərinə əsasən Yağmur Erbay Mustafa oğlunun törətdiyi cinayətə görə Türkiyəyə ekstradisiya məsələsi həll edilənə qədər cinayət prosessual qanunvericiliyinə uyğun olaraq barəsində Sumqayıt şəhər prokurorluğunun təqdimatı əsasında məhkəmənin qərarı ilə 40 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !