Türkiyədə 3 gün əvvəl qurulan yeni hökumətdə Avropa Birliyi üzrə nazir kürdlərin partiyası kimi tanınan HDP təmsilçisi Əli Heydər Qönçə keçirdiyi mətbuat konfransında "erməni qətliamını"nın baş verdiyini dilə gətirib.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qönçə "erməni soyqırımı”mövzusunun Avropa Birliyində gündəmə gətiriləcəyi halda hansı mövqe ortaya qoyacağı ilə bağlı suala belə cavab verib: "Bir qətliam baş verdiyi çox açıq və dəqiqdir. Bunu hər kəs qəbul edir. Əsas etibarilə qəbul etməyən yoxdur. Əsas olan onun təsdiqlənməsidir. Onu da partiyada müzakirə etdikdən sonra mövqeyimiz dəqiqləşdirəcəyik”.
Nazirin bu açıqlamasını "erməni soyqırımı”nın tanınması kimi qiymətləndirilməsindən sonra bu gün HDP-nin mərkəzi ofisinin qarşısında jurnalistin sualına cavab olaraq, o bildirib ki, 1915-ci ildə baş verənlərin adı "qətliamdır”. O, açıqlamasında "soyqırım” ifadəsini işlətmədiyini, 1915-ci ildə öldürülmənin olduğunu və bunun adının da "qətliam” olduğunu bir daha vurğulayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !