Türkiyənin məşhur müğənnisi haqqında həbs qərarı çıxarıldı

19:00 | 11.06.2015
Türkiyənin məşhur müğənnisi haqqında həbs qərarı çıxarıldı

Türkiyənin məşhur müğənnisi haqqında həbs qərarı çıxarıldı

 
Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyun tutulması haqqında qərar verilib.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənninin prodüseri Fevzi Siverek həbs qərarının bu gün verildiyini deyib:
"Dünən Beykoz Ədalət Sarayından mənə zəng gəldi. Bülənt Ərsoyun həbs qərarı çıxıbmış. Ajda Pekkan prezidentin xahişini görməməzlikdən gəlib məhkəməyə müraciət edib. Hakimdən icazə aldıq.

Bu gün Beykoz Ədalət Sarayına gedib ifadə verəcəyik. Dərhal sonra Qarşılıqlı olaraq tərəfimizdən Ajda Pekkana qarşı Bülənt Ərsoy əleyhinə işlətdiyi ifadələrə görə iddia qaldıracağıq”.

Ötən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iftar qonaqlığında Bülənt Ərsoyun ona salam verməyən Ajda Pekkana "ifritə” deməsi müğənnilər arasında qalmaqala səbəb olmuşdu.

Ajda Pekkan bu sözünə görə Bülent Ərsoyu məhkəməyə vermiş, amma prezidentin məsələyə müdaxiləsindən sonra  ara sakitləşmişdi. Bülənt Ərsoy da  Ərdoğanın istəyini yerə salmayaraq Ajda ilə küsülülüyü uzatmamışdı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM